Bu həftə Türkiyədə dollar KƏSKİN BAHALAŞA bilər
Türkiyədə ABŞ dollarının məzənnəsinin bu həftə kəskin artması istisna edilmir. "Report"un analitik qrupu bildirir ki, buna səbəb noyabrın 27-si ABŞ-da keçirilməsi planlaşdırılan işadamı Rza Zərrabın məhkəmə prosesi ola bilər. Bununla yanaşı, Türkiyədə inflyasiya göstəricisinin 12%-ə yaxınlaşması fonunda Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini hələ də artırmaq istəməməsi dolların bahalaşmasına əsas səbəb kimi göstərilir. Həmçinin, Türkiyənin xarici ticarət kəsirinin getdikcə artması tədiyyə balansına mənfi təsir göstərməyə davam edir. Belə ki, oktyabr ayında Türkiyənin xarici ticarət kəsiri ötən illə müqayisədə 74,6% artaraq 7,36 mlrd. dollar, sentyabrda isə 85% artaraq 8,135 mlrd. dollar təşkil edib. "Report"un analitik qrupu sadalanan bu amilləri diqqətə alaraq Türkiyədə dolların uzunmüddətli artım trendinə daxil olduğunu, qısamüddətli perspektivdə isə məzənnənin 4,20-4,30 USD/TRY səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.