İşgəncələrə dözməyən məhbus dilini kəsdi- 13 saylı CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ

İşgəncələrə dözməyən məhbus dilini kəsdi- 13 saylı CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ

İşgəncələrə dözməyən məhkumun dilini kəsməsinə Penitensiar Xidmət reaksiya verdi

Mehman Sadıqov: "Hər hansı bir narazılıq varsa, Penitensiar Xidmətin baş idarəsinə müraciət etsinlər”
"13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Natiq Vaqif oğlu Cabbarlı 2 aydır ki, müntəzəm olaraq  müəssisənin rəis müavini  Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalır”. Bu haqda gununsesi.info-ya məhkumun atası  Vaqif Cabbarov məlumat verib. 
Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək karserə salınıb: "Sonuncu dəfə isə oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha dəhşətli işgəncələrə məruz qalanda isə, özünə qəsd edib. Hazırda Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsinə köçürüblər”-, deyə məhkumun atası bildirib.
Son anda əldə etdiyimiz məlumata görə, məhbus N.Cabbarlı işgəncələrə dözməyərək, dilini kəsib. Hazırda vəziyyəti ağırdır.
"Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmət rəisi Mehman Sadıqov mətbuatda yazılanlarla tanış olduqlarını deyib. Baş vermiş olayla bağlı məhkumun yaxınlarına Penitensiar Xidmətin baş idarəsinə müraciət etmələrini tövsiyə edib: "Hər hansı bir narazılıq varsa, Penitensiar Xidmətin baş idarəsinə müraciət etsinlər. Mətbuatda gedən məlumatı araşdırmışıq, döyülmə olmayıb”. 
Məhkumun işgəncələrə dözməyərək dilini kəsməsinə  M.Sadıqov belə cavab verdi:"Hər hansı bir narazılıq varsa, Penitensiar Xidmətin baş idarəsinə müraciət etsinlər” cavabını verib. 






Fikirlər