"Lotu Quli"NİN KİRVƏSİ bəraət istədi- ona HÖKM OXUNDU

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki,Hakim Ramella Allahverdoyevanın sədrliyi ilə keçirilən məhkəmədə Məhəbbət Namazov son sözlə çıxış edib və heç bir cinayət əməli törətmədiyini söyləyib: "Hamı bilir ki, məm heç bir cinayət törətməmişəm. Bəraət hökmü çıxarılmasını istəyirəm".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə prokuror M.Namazova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitənin istifadəsi) maddəsinə tövsif edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin M.Namazov barəsində 228.2.2-ci maddəsinin isə 228.1-ci maddəsinə tövsüf edilməsini isrətib.

Prokuror qeyd edilən maddələrlə M.Namazovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən külli miqdarda narkotik vasitə və patronlar aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.






Fikirlər