Türkiyə XİN buna görə Yunanıstandan izahat tələb etdi...
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstandan izahat tələb edib. Ölkə.Az “sabah” qəzetinə istinadla xəbər verir ki, buna səbəb Yunanıstanın müstəqillik mərasimlərində (25 mart) dəniz piyadalarının Türkiyəyə qarşı ağır təhqirlər səsləndirməsi olub. Yunan dənizçiləri ağır təhqirlər işlədərək fəxri qarovul dəstəsinin qarşısından keçib. "Afinada keçirilən paradda Yunanıstan Silahlı Qüvvələrinin bəzi üzvlərinin səsləndirdiyi şüarlar həyasızca idi. Türkiyə-Yunanıstan əlaqələrinə xələl gətirmək məqsədi daşıyan bu davranış qəbuledilməzdir. Mövzu ilə bağlı Yunanıstan səlahiyyətlilərindən izahat istənilib" – Türkiyə XİN-in məlumatda deyilir.