“LOTU Quli”nin “taclandırdığı” “QANUNİ OGRU” özünü asdı - Həbsxanada
Rusiyanın Çerdınski rayonunda yerləşən 11 saylı islahedici koloniyada “qanuni oğru” asılmış vəziyyətdə tapılıb. Əldə olunan məlumatlara görə, "Pioner" məhz bu kamerada daha öncə də intihara cəhd edib. Lakin həmin vaxt qarnını sərt cisimlə yaran “qanuni oğru”nu xilas etmək mümkün olub. Koloniya heyətindən başqa "Pioner"in görüşdüyü tək insan onun vəkili olub. Deyilənə görə, ölümündən öncə "Pioner" “mən “oğru” kimi öləcəyəm” sözlərini təkrar edib. “Qanuni oğru” kimi qalmasına ona kimin və ya nəyin mane olduğu məlum deyil. Lakin görünən odur ki, barmaqlıqlar arxasında bu titulu qorumaq artıq qəhrəmanlıq tələb edir. Qeyd edək ki, Maksim Novıkov 2014-cü ilin sentyabrında Volodya Blondin, Lexa Zabava, Jora Taşkendski, Vova Puxlıy, Oleq Sırkaç və digərlərinin iştirakı ilə Lotu Quli tərəfindən “taclandırılıb”.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən qeydə alınıb. Məlumata görə, Novıkov son saatlarını birnəfərlik kamerada keçirib. “Qanuni oğru”nun cəsədi də burada tapılıb.
Məlumat üçün bildirək ki, 46 yaşlı “qanuni oğru” Maksim Novıkov (Maks Pioner) qeyri-qanuni narkotik vasitə saxlamağa görə həbs olunub. Maks barəsində ötən ilin fevralında cinayət işi açılıb. 7 aydan sonra Novıkov ciddi rejimdə 3 il yarım həbsə məhkum olunub.