Meyxanaçılar ARASINDA İNCİKLİK: Kərim Ağamirzənin məclisini yarımçıq TƏRK ETDİ

İnsult keçirən meyxanaçı Kərim yaxın dostu Ağamirzənin "5/5" verilişində qeyd olunan doğum gününə qatılıb.

AzerTaym.az yenicag-a istinadən xəbər verir ki, verilişə oğlu ilə qatılan Kərimi ayaq üstə alqışlayıblar.

Lakin səbəbkar onu təbrik etməyə gələn meyxanaçının kefinə soğan doğrayıb. Ağamirzə meyxana demək istəyən Kərimə icazə verməyib. Bundan inciyən Kərim reklam fasiləsində studiyanı tərk edib. Bunu verilişin aparıcısı Zaur Kamal etiraf edib.

Meyxanaçılar arasında baş vermiş bu incikliyin səbəbi haqda yenicag.az-a açıqlama verən Ağamirzə isə hadisəyə belə aydınlıq gətirib:

"Kərim istədi xoş günümdə meyxana desin, mən razılıq vermədim. Başa saldım ki, həkimlər sənin meyxana deməyinə, hələ ki, icazə vermirlər. Həyəcanlanmaq olmaz, birdən, meyxana deyəndə həyəcanlanarsan, vəziyyətin pisləşər.

O da xəstəliklə əlaqədar həssasdır, tez inciyir. Bu sözlərim xətrinə dəydi, oğlunu da götürüb getdi. Axşam verilişdən sonra zəng etdim, könlünü aldım, başa saldım vəziyyəti. Məni anladı".






Fikirlər