“Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir”: Nüşabədən Nurlana İRAD – VİDEO
"AzerTaym.az" Unikal.org-a istinadən xəbər verir ki, “Bizimləsən” verilişinə zəng edən müğənni həmkarının dediklərini tənqid edib. O bildirib ki, sənət adamları Nurlana kömək etmək istəmir: “Nurlanın xətrini çox istəyirəm. Ona münasibətim necədir, özü bilir. İki şeyi demək istəyirəm: Nurlan deyir, başqaları kimi pul qazanmamışam. Sənə mane olublar? Nurlana demək istəyirəm ki, danışanda məntiqli danış. Efirə çıxıb deyir ki,”rakkada-çıkkada oxuyub, toylara getmirəm ki, pul qazanım”. Sənət adamları yığdı mənə ki, istəyirdik Nurlana kömək edək, amma bu adam bizi efirdə aşağılayır, lağ edir. Biz “rakkada-çıkkada” oxuyub pul qazanmışıq, onunla Nurlana kömək edək, o da bizi bəyənmir. Niyə ona kömək edək? Danışanda, elə-belə danışmaq olmaz. Hər ifaçının öz yeri var: biri estrada, biri aşıq, biri klassika oxuyandır. O, lağ etdiklərin gəlib sənə pul verəcək. Düşmənlərin öldüyü mahnı janrıdır. Nurlanın yaşayış tərzi acınacaqlıdır. İndi sənət dostları ona kömək etmək istəyirsə, onu aşağılamaq olarmı? Deyir, başqaları kimi olmamışam. Olaydın… Bizim məqsədimiz Nurlana kömək etməkdir. Ona yardım etmək istəyənlər də elə el məclisindən qazanıblar. Onlar “rakkıdı-çıkkıdı” oxuyub qazanıb da… “Mən onlar kimi qazanmamışam, toyxana müğənnisi deyiləm” deyir, hamı da pis olur. Şəxsən mənə müğənni yığır ki, toydan qazanıram, Nurlana yardım etmək istəyirdim, amma etməyəcəm”. Qeyd edək ki, Nurlan Əzizbəyli evinin uçma təhlükəsi olduğunu və düzəltmək üçün imkanı çatmadığını söyləyib.