Nadir: "FAHİŞƏLƏRƏ də "yaxşı sənətkardır" deyirlər" - FOTO

Nadir: "Fahişələrə də "yaxşı sənətkardır" deyirlər"Müğənni Nadir Qafarzadə bu dəfə Azərbaycan sənətkarlarının bostanına daş atıb.

 AzerTaym.az publika.az-a istinadən bildirir ki, o, "Instagram" sosial şəbəkəsində paylaşdığı statusda qalmaqala səbəb olacaq müqayisə aparıb:

"İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələrə də  "yaxşı sənətkardır" deyirlər. Axı onlar da sənətlə məşğuldurlar".

 Nadir Qafarzadə xalq artistlərinin ünvanına da atmaca atıb: "Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistlər kimlərdir, necə alıblar... Kimin day-dayı, arxası, tapşıranı var... 70 faizi belədir".   

 Xatırladaq ki, bu, Nadir Qafarzadənin ilk atmacası deyil. O, nəinki sosial şəbəkədə, elə efirdə də tez-tez xoşagəlməz ifadələr işlədib, həmkarlarını təhqir edib. Dəfələrlə qeydə alınan belə faktlar ya onun studiyanı tərk etməsi, ya da efirin kəsilməsi ilə nəticələnib.






Fikirlər