Məşhur aktyoru öldürən qadın haqda ŞOK detallar: “Boşanmazsa, onu öldürəcəm” - FOTOLAR

Məşhur aparıcı Vatan Şaşmazı otel otağında tapança ilə vuraraq öldürən, sonra isə intihar edən keçmiş maneken Filiz Aker haqqında şok məlumatlar ortaya çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 il əvvəl Kilyosda Akerin bir nəfər tərəfindən qaçırılmağa təşəbbüs etdiyi bildirilir. 19 fevral 1990-cı ildə "Milliyet” qəzetində keçmiş modelin xəstəxananın yatağında çəkilən şəkili yayımlanıb. Model və film ulduzu Aker Kilyos yolunda otuz yaşındakı bir təcavüzkar tərəfindən qaçırılmaq istənilib. O, həmin şəxsin avtomobildən atlayaraq ağır yaralanıb.
Keçmiş sevgilisi də öldürülüb
Filiz Aker ilə adı eşq dedi-qodularına qarışan iş adamı Şəmsi Denizer 6 avqust 1999-cu ildə Zonguldakdakı evinin qarşısında silahlı hücuma məruz qalıb. Cengiz Balıkın silahından çıxan 13 güllə ilə yaralanan Denizer həyatını itirib. Balık cinayəti 40 milyon manat borc üçün işlədiyini deyib. Lakin hadisənin ardında başqa şəxslərin olub-olmadığı qaranlıq qalıb.
Akerin son sözləri
Filiz Aker cinayətdən 3 saat əvvəl sosial mediada "Həyat, hər anın üçün çox təşəkkür edirəm” sözlərini paylaşıb.
Cütlük haqqında müxtəlif iddialar var
Vatan Şaşmazın Filiz Akerdən 1 milyon dollar borc aldığı iddialar arasındadır. Vatanın daha sonra pulu qaytarmayacağını dediyi, modelin onu bu səbəbdən öldürdüyü deyilir.
Digər tərəfdən, Filiz Akerin V.Şaşmazla gizli eşq yaşadığı da bildirilir.  Akerin təxminən üç ay əvvəl intihara cəhd etdiyi də iddia olunur.
Şaşmazı öldürəcəyini deyibmiş
Akerin yaxın dostu Nurcan Sabur da maraqlı iddialar irəli sürüb. O, modelin iki il bundan əvvəl həb içib, intihara cəhd etdiyini bildirib.
Aker 10 il idi ki, Şaşmazı qarşılıqsız sevirdi və "Ona 3-4 milyon xərclədim. Arvadından boşanmazsa, onu öldürərəm” dediyi də ortaya çıxıb.
 










Fikirlər