MANAF OD PÜSKÜRDÜ: "4 ŞADLIQ evi, 4 RESTORANI var, hələ İMARƏTLƏRİNİ demirəm"

 Image result for manaf ağayev

Novruz bayramında müğənni Manaf Ağayevin qanını qaraldıblar.

Villasının fotoları yayılan müğənni qəzəblənib.

AzerTaym.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Manaf ürəyini boşaldıb:

"Deyə-deyə qurutdular: nə ev var, nə də villa. İndiki zəmanədə evsiz adam var? Hamının bir küncü var da… Öz evimin fotosunu yaysalar dərd yarıdır, bunlar başqa-başqa villaların şəklini göstərib, mənim adıma çıxırlar. Belə götürəndə, lap elə villam var, bu, insanları niyə bu qədər qıcıqlandırır axı? Bilməyənlər də bilsin ki, mən hələ sovet hökuməti dövründə kənddə dördmərtəbəli evdə yaşayırdım. Mən villanı sonradan görənlərdən deyiləm. Belə də ki, mənim taylarımın 4 şadlıq evi, 4 restoranı var. 35 ildir çöllərdəyəm, əziyyət çəkirəm. Manafın bir evi nə böyük villa olub axı? Xaricdə müğənnilərin avtomobil kolleksiyaları var, hələ imarətlərini demirəm".

Bədnəzərdən qorxduğunu deyən müğənni həmişə pis nəfsdən çəkindiyini və bunun ziyanını gördüyünü deyib:

"Elə məclis olub ki, gedib oxumuşam, ağrıdan başım dağılıb, az qala yıxılmışam. Bir uğurlu işimin həmişə çıxacağı olur. Maşınımın üstünə pəncərə düşməyi yadınızda deyil məgər? Halbuki, şəhərdə milyon maşın var".






Fikirlər