Zaurdan küsən Təhminə Spartakla rəqs elədi - FOTO/VİDEO

b_550_325_16777215_00_images_xeber_sekilleri_15noyabr2016_8093b9ff97a99e70fd0cbd7173ed3a47_XL.jpg

Türkiyənin məşhur aktrisası, “Təhminə” filminin Təhminəsi Meral Konrat bir neçə gündür Bakıdadır.

AzerTaym.az xəbər verir ki, aktrisa bu gün İTV-nin "Yeni gün" proqramında qonaq olub.
Proqramda onunla birgə Azərbaycanın əməkdar artisti, "Təhminə" filmində "Spartak" rolunu canlandırmış Füzuli Hüseynov da iştirak edib. Aparıcının xahişi ilə Meral Konrat canlı efirdə rəqs edib. Əməkdar artist Füzuli Hüseynov aktrisanı meydanda tək qoymayıb.

Qeyd edək ki, Meral Konrat Bakıya Türk filmləri festivalında iştirak etmək üçün gəlib.

Festivala qatılan aktrisa jurnalistlərin suallarına cavab verərkən illər öncə xalq artisti tərəfindən aldadılaraq Bakıya gətirildiyini, Zülfiyyə Xanbabayevanın “Mənimsən” klipində çəkiləcəyindən xəbərsiz olduğunu deyib: "Məni Bakıya Fəxrəddin dəvət etdi və bildirdi ki, "Təhminə” filminin ikincisi çəkiləcək, Bakıya gəl. Fəxrəddinin sözlərinə güvənərək gəldim. Zülfiyyə Xanbabayevanın kimliyini soruşanda bildirdi ki, Azərbaycanın səs sənətçisidir, filmin musiqisini ifa edəcək. Mən də inandım. Əgər bunu Fəxrəddin bilmirdisə, məni dəvət etməməli idi. Filmlə bağlı afişa da hazırlamışdılar. Məni uşaq kimi aldatdılar. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir. Bu gün Fəxrəddin Manafovun gələcəyini bilmirəm. Amma dəvət edilib".

b_550_325_16777215_00_images_xeber_sekilleri_15noyabr2016_8093b9ff97a99e70fd0cbd7173ed3a47_XL.jpg






Fikirlər