İlhamənin qəbri üstündə ağladı - “Susa bilmirəm, ÜRƏYİM ŞİŞİB..”
ARB TV-də yayımlanan "Elin gözü" proqramında qonaq olan mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova bütün həqiqətləri açıqlayacağını deyib. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, İlhamə Quliyevanın ölümünə görə özünü bağışlaya bilmir: "Bu gündən sonra susmayacam. Artıq haqq-ədalət öz yerini tapmalıdır. Mən hər şeyi açıqlayacam. Bilirsiniz ki, mənim sizə həmişə sadiqliyim olub. İnanmıram ki, sizin ruhunuz məndən incisin. Çünki siz məni gözəl tanıyırdınız. Susa bilmirəm, artıq ürəyim şişib. Hər kəs bunu bilməlidir". Müğənninin köməkçisi İlhamə Quliyevanın mirasını onun dayısı olduğu Eldar İsmayılovun idarə etməli olduğunu deyib: "Bunu İlhamə Quliyeva etibarnamə ilə təsdiq edib". AzerTaym.az