Sem və Holli Brenson bacı və qardaşları kral ailəsində çox vaxt keçirmələri ilə məşhurdular. Bu onların özlərini ətrafa göstərməklərinin bir növüdür. Onların atalarının 4,2 milyard var-dövləti var. Ata pensiyaya çıxdıqdan sonra "Virgin Group" şirkətini uşaqlarının adına keçirəcək. Hazırda isə milyarder Riçard Branson uşaqlarını şirkətinin siması etmək istəyir.
Marta Orteqa Peres "İnditex" şirkətinin yaradıcısı Amansio Orteqanın qızıdır. Bu şirkətin tərkibinə daxil olan mağazalardan biri də "Zara"dır. Marta bir vaxtlar "Zara"da ən az maaşa çalışıb. indi atası pensiyaya gedəndə öz yerinə qızını qoymağı planlaşdırır.
Kurten-Klarans bacıları - Olivie və Kristian Kurten-Klarans qardaşlarının övladlarıdır. "Forbes"in xəbərinə görə, onların var-dövləti 2,2 milyard dollardır. Qızlar nə vaxtsa "Clarins" fransız şirkətinin başına keçəcək.
Vanişa Mittal - Hindistanın ikinci ən varlı insanı olan Lakşmi Mittalın qızıdır. Atasının var-dövlətinin dəyəri 16,5 milyard dollardır. Vanişa təhsilini Londonda alıb. Qız 2004-cü ildə bankir Amita Bhatiyuya ərə gedib.
Alleqra Versaçe - Donatellı Versaçenin qızıdır. Qızın 18 yaşı olanda dünyasını dəyişən babası Canni Versaçenin var-dövlətinin yarısına sahiblənib. "Versace" brendi 700 milyon dollar dəyərindədir. Alleqra hazırda anoreksiya xəstəliyindən əziyyət çəkir. O, hazırda anası ilə birlikdə Milanda yaşayır.
Afina Onassis - yunan iş adamı Aristotel Onassisanın qızıdır. O, atasının yeganə varisidir. 18 yaşı tamam olanda mirasın yarısı qızın adına keçib.
Peris və Niki Hilton bacıları - Konrad Hiltonun nəticələridir. Bacılar müəyyən vaxtlarda müxtəlif bizneslə məşğul olublar. Hazırda isə onlar heç bir işlə məşğul deyillər. (Axşam.az)