AYBƏNİZ HAŞIMOVA internet PORTALLARIN BAĞLANMASINI istəyir
Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda internet portallarının bağlanmasını istəyir. Modern.az-ın məlumatına görə, bu barədə müğənni Facebook sosial şəbəkəsində status yazıb. Müğənni qeyd edib ki, əksər insanlar kompüter arxasında şirə çevrilirlər: “İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamsının bağlanması haqqında qərar versin. Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompüter arxasında şirə, pələngə dönürlər”.