Fərda konsertə sərxoş gəldi, söyüş SÖYDÜ

Fərda konsertə sərxoş gəldi, söyüş söydü

Aktyor Fərda Xudaverdiyevin "Sefinaz 2" konserti baş tutub.

AzerTaym.az  axşam.az-a istinadən xəbər verir ki, gecə qalmaqalsız ötüşməyib. Belə ki, günlərdir mediaya konsertlə bağlı xəbərlər göndərən, işıqlandırılmasını istəyən təşkilatçılar çəkilişə icazə verməyib, jurnalistləri zaldan çıxarıblar.

Daha sonra F.Xudaverdiyev jurnalistlərə konserti ilə bağlı açıqlama verib, sualları cavablandırıb. Aktyorun içkili halı diqqətdən qaçmayıb. O, hətta jurnalistlərin suallarını cavablandırarkən söyüş də söyüb.

Yumor ustası "Selfinaz 2" +18 sayılır" sualına belə cavab verib: "Mən sənin..." (söyüş söyür - red.) desəm, bu +18 sayılardı. +18 dostunla danışdığın söyüş formasıdır. Mən səhnədə heç gəyirmirəm də. İndi uşaqlar o qədər tez ayılıb ki, +15 də kifayət etmir. Bu söyüşü dost kimi dedim". 






Fikirlər