MƏRCƏ GİRİLDİ: “Qarabağ payızda qaytarılacaq”

Bu ilin payızına qədər Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

 Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı şair Aleksandr Fomenkov paylaşıb. O, buna əmin olduğunu bildirib:
 “Əgər mən haqlı olsam, o zaman Şuşaya gəlib, rus dili müəllimi işləyəcəm. Haqlı olacağım halda kim mənim Qarabağ səfərimin xərclərini üzərinə götürməyə hazırdır?
 Dediklərim olmasa, bütün şeirlərim, məqalələrim, esselərimi yandıracağam və bir də ölüm anına qədər “Azərbaycan” adını dilimə almayacağam”. (Axar.az)






Fikirlər