Ərdoğan ermənistanı Azərbaycan torpaqlarını boşaltmağa çağırdı - VİDEO

Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır.
 
İslam Konfransı Təşkilatı İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) XXV toplantısında çıxış edən prezident SPC televiziyasının muxbiri Dağlıq Qarabağla bağlı verdiyi sualı cavablandırıb.
Ərdoğanın sözlərinə görə, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.
Türkiyə Prezidenti deyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: "Bu barədə BMT-nin verdiyi qərarlar var. Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.






Fikirlər