İran generalı Bakıdakı mühüm həbslərdən DANIŞDI

İran hökumətinin tələbi ilə ölkə xaricində Babək Zəncaninin cinayət işinin əsas iştirakçısı olan iki mühüm şəxs həbs edilib.

AzerTaym.az Axar.az-a istinadən xəbər verir ki, bunu İnterpolun İran bürosunun rəhbəri briqada generalı Məsud Rezvani söyləyib. O, korrupsiya işində şübhəli bilinən şəxslərdən birinin keçən həftə Bakıda həbs edildiyini və Tehrana ekstradisiya olunduğunu bildirib. Digər şübhəli isə Mərkəzi Amerika ölkələrindən birində yaxalanıb və onun da İrana təhvil verilməsi həyata keçirilir.

Qeyd edək ki, keçən ilin martında İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Rüşvət və saxta sənədlər hazırlayaraq dövlətin 2.8 milyard dollar pulunu mənimsəməkdə ittiham edilən Zəncaninin ölüm hökmünü sonrada İran Ali Məhkəməsi də təsdiq edib. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.

Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab (hazırda ABŞ-da həbs altındadır – red.) onun Türkiyədəki əsas ortağı hesab edilir.

Bir müddət öncə də rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini açıqlamışdı. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunurdu.






Fikirlər