“Müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq” – İLHAM ƏLİYEV

15054665694032133468-1000x669-2

“Biz 25 ildir ki, müstəqil, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif qarayaxma , şər kampaniyaları aparılır. Aydındır ki, onların da məqsədi Azərbaycanı ləkələmək, öz iradəsinə ram etmək, ondan sonra da güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etməkdir”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib: “Biz buna imkan vermirik, möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan döndərə bilməz, biz haqq yolundayıq. Bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir. Bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Ölkəmizdə kifayət qədər güclü iradə var ki, kənardan bizə tuşlanan atəşlərdən xalqımızı qoruyaq. Gənclər, uşaqlar da bu ruhda, müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalı yaşamalıdır və bundan sonra da müstəqil siyasət aparmalıdır. Biz bunu aparırıq, aparacağıq, ancaq gələcək sizin əlinizdə olacaq. Ona görə də müəllimlər, valideynlər və uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan – bizim əsas prinsiplərimiz budur. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim əksini tapacaq”.






Fikirlər