“HAKİMİYYƏTDƏKİ İSLAHATÇILAR TƏSLİM OLDULAR” – “İlham Əliyevin namizədliyi RAZILAŞDIRILIB

 Mən, hakimiyyətin yeni namizədlə prezident seçkilərinə qatılacağını ilk proqnozlaşdıranlardan biriyəm. Bu barədə bir neçə dəfə KİV-lərə açıqlama da vermişəm. Lakin məndə olan son məlumata görə, hakimiyyət daxilində İlham Əliyevin yenidən prezidentliyə namizəd olması ilə bağlı konsensus əldə olunub”.

eli eliyev“AzPolitika.info”nun məlumatına görə, bunları Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, partiya tərəfindən prezidentliyə namizədliyi elan olunmuş Əli Əliyev bu gün “Ambassador Otel”də tərəfdarları ilə görüşündə bildirib. VİP sədri iddia edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın namizədliyi məsələsi artıq gündəmdə deyil. Partiya sədri hadisələrin bu istiqamətdəki inkişafını hakimiyyət daxilindəki “islahatçılar”ın “mühafizəkarlar”a təslim olması kimi qiymətləndirib.

Hakimiyyət daxilindəki “islahatçılar”, faktiki olaraq “mühafizəkarlar”a təslim oldular. Razılıq əldə olunub ki, hakimiyyət, daxili siyasətdə islahatların həyata keçiriləcəyi şərtilə, seçkilərə İlham Əliyevlə getsin”.

 






Fikirlər