“QOCA QİTƏ” DÜNYA SƏHNƏSİNƏ DÖNÜR –Avropa özünə ABŞ-dan asılı olmayan ordu və Valyuta Fondu yaradır – Təhlil

İvan Danilov

RİA Novosti, 08.06.2018

 

Donald Trampda avropalı tərəfdaşlarını güclü şəkildə hövsələdən çıxaran və əslində, alçaldan bir vərdiş var. O, hər bir uyğun fürsətdə Köhnə Dünyanın ağrılı nöqtəsinə – onun “Amerikanın təhlükəsizlik zəmanətindən asılılığına” – qəsdən vurur, yəni qaba şəkildə işarə edir ki, ABŞ-ın hərbi üstünlüyü Avropa Birliyinin hərbi acizliyi ilə bir araya sığışmaqla sonuncunu müstəqil xarici siyasət aparmaq və özünün beynəlxalq ticarət qaydalarını formulə etməkdən məhrum edir.

Tramp siyasi meydanda müəyyən mənada Britaniya şairi, iqtisadçısı və tarixçisi Hiler Bellokun vəsf etdiyi ənənəvi anqlo-saks yanaşmasından faydalanır:

Dəqiq cavabı var hər bir sualın,

Bizdə “maksim”dir, onlarda heç nə.

Bu, çağdaş Amerika variantında “Bizdə Altıncı donanma var, Merkelin isə yoxudur” kimi səslənir. Amerika hegemoniyası Çinin “in” və “yan” konseptiylə tutuşdurulması mümkün olan sxem üzrə qurulur, ancaq Amerikaya gələndə “yan” kimi hərbi güc, “in” kimi isə Amerikanın özünün heç cür qatılmadığı dünya ticarəti valyutası kimi qalan dolların statusu çıxış edir. Biri olmadan o biri işləmir. Hərbi güc zorakılıq, ya da zorakılıq təhdidi vasitəsilə dolların statusunu saxlayır, dolların statusu isə ABŞ-a iqtisadiyyatı və hərbi büdcəni pulla doldurmaq imkanı verir, bu isə öz növbəsində yüksəlişi və Amerika hərbi gücünün təkmilləşməsini təmin edir. Sxem (ABŞ-ın baxış nöqtəsindən) əbədi mühərrik, yaxud (qalan bütün ölkələrin baxış nöqtəsindən) qüsurlu dairə  kimi hərəkətlənir.

Problem o qədər ciddi və aşkardır ki, Emmanuel Makron ABŞ-dan “güc asılılığından” qaynaqlanan Avropa suverenliyinin məhdudlaşdırılmasından Putinə şikayət edib və dərhal Rusiyanın yardımıyla Avropa təhlükəsizliyinin təminatı üzrə qarşılıq cavabı alıb.Avropa özünü həqiqi mənada bu və ya digər dərəcədə təhlükəsizləşdirmək istəyirsə, bu təklifi qəbul etmək lazım gələcək. Amma Almaniya rəhbərliyinin son bəyanatlarına əsasən, Avropa bu sahədə bütün məsələləri daha “autsorsa vermək” istəmir. Avropa Birliyi “öz caynaqlarını bəsləyəcək” – özü də təkcə özünümüdafiə üçün deyil, həm də özünün iqtisadi təsir zonasını genişləndirmək üçün.

Angela Merkel “Frankfurter Allgemeine”-ə müsahibədə alyansın tamdəyərli siyasi subyektliyi üçün gərəkən konkret addımları ilk dəfə göstərib. Ordunun – özü də sadəcə ordu deyil, ekspedisiya qüvvələrinin, yəni hərbi güc vasitəsilə xarici siyasətin yürüdülməsi alətinin tətbiqi –     yaradılması təklif edilən tədbirlər içindədir. Bu, əvvəlcə Emmanuel Makronun təklifi – alman kanslerin onunla tam razılaşdığı nadir hal idi. Bu qərar bu yaxınlarda bağlanan və artıq “NATO rəqibi” adlandırılan Avropa hərbi paktından daha önəmlidir. Ekspedisiya qüvvəsi özünümüdafiə deyil, çoxqütblü dünyada qüvvə qütblərindən biri roluna gerçək iddalı ölkələrə gərəkən xarici siyasət alətidir. Avropa Birliyi bu qayda ilə aşkar bəyan edir ki, ABŞ, Rusiya və ÇXR-lə – həqiqi mənada müstəqil xarici siyasəti olan və öz sərhədlərindən xeyli uzaqda hərbi qüvvə işlətmək imkanı olan yeganə ölkələrlə bir sırada dursun. Şeyləri öz adıyla adlandırsaq, Köhnə Avropa bəyan edir ki, ən qoca geopolitik yırtıcılardan biri dünya səhnəsinə dönür – çox böyük geopolitik mübarizə təcrübəsi, özünün imperiya keçmişinin yaxşı yaddaşı və günəş alıtnda özünə yer tapmaq (gərəkərsə, döyüşlə əldə etmək) yanğısı ilə.

Bu, metafora deyil, son zamanlar quru və darıxdırıcı bürokratizmdən imtina edərək tamamilə başqa ideologemlər və dəyərlərlə iş görən Angela Merkelin ritorikasını müşahidə etməyin nəticəsidir. O bu günlərdə bildirib ki, Avropa Birliyi taleyini öz əlinə almalıdır, bazar ertəsi isə AB-nin gələcəyi görüşünü izah edərək Kantdan sitat gətirib: “Məqsədi olmayan öz taleyinə qatlaşmalıdır. Məqsədi olan taleyi dəyişə bilər”.

Güman etmirəm ki, pantserfraunun (almanca – zirehli qadın-red.)sentimentallığından şübhələnmək olar, bir də siyasətçilərin hədəf qurması həmişə əxlaqi imperativdən (qəti tələbdən-red.) kənarda durub.  Merkelin bi sitatı gətirdiyi kontekstə əsasən, Avropa Birliyi öz taleyini süngünün ucunda axtaracaq və bu, Avropa ənənələrinə tam uyğundur.

Çox ehtimal ki, Avropa Birliyinin Napoleon, daha doğrusu, “Makron planları” Donald Tramp administrasiyasında kəskin əsəb tutması doğuracaq. Səbəb aydındır: Trampın Avropa Birliyi ölkələrinin, birinci növbədə Fransa və Almaniyanın NATO-nun (yəni faktiki olaraq Amerika ordusu və HSK-nin) saxlanmasına illik xərac ödəmələrini tələb etdiyi halda Avropanın aparıcı dövlətlərinin liderləri təkcə bu tələbi yerinə yetirməkdən imtina etmir, hələ bir özünümüdafiə, habelə planetin istənilən nöqtəsində (ABŞ-a tabe olmayan) hərbi əməliyyatlar aparmaq üçün öz hərbi strukturlarını yaradırlar. Bu cür qərar təkcə Amerikanın ididalı prezidentinə sarı tüpürcək dehyil, həm də tam suverenliyə Avropa kursunun aşkar nümayişidir. Belə şeyi bağışlamaq olmaz və yalnız sezmək qalır ki, “yeddiliyin” qarşıdakı sammitində Amerika prezidenti hansı təhdidləri gələcək – bu sammit onsuz da tüğyan edən Transatlantik ticarət savaşı üzündən total qalmaqalda keçəcəkdi.

Angela Merkelin proqram müsahibəsinə nəzərə salınsa, “taleyin öz əlinə götürülməsi” üzrə təklif edilən tədbirlərin tamamilə bütöv bir mənzərəsi biçimlənir və bu, təkcə təhlükəsizlik sahəsində tədbirlər deyil. Kansler Avropa Birliyinin zəif ölkələrini iqtisadi baxımdan dəstəkləmək və Amerika təsirinin çox güclü olduğu BVF-dən asılı olmamaq üçün üçün “Avropa BVF” yaratmağı təklif edir.

O, həmçinin Avropa Birliyinin inkişafı üçün artıq “Avrozonanın innovasiya büdcəsi” adlandırılan özəl yatırım fondunun yaradılması uğrundadır, çünki bu yatırımlar, çox ehtimal ki, rəqəmsal iqtisadiyyatın inkişafına işlədiləcək.

Qeyd etmək asandır ki, yuxarıda sadalananların hamısı çoxqütblü dünyada qüvvə qütbünün normal işləkliyi və inkişafı üçün gərəkən birmənalı şəkildə necəsə bir “centlmen dəsti” kimi görünür. Təkcə iki ünsür bəs etmir, Avropa bunu bütün istəyi müqabilində özü təmin edə bilməz: həqiqi mənada güclü “nüvə çətiri” və fasiləsiz enerji resursları qaynağı. Bu isə bildirir ki, tamdəyərli Avropa suverenliyinə və müstəqil gələcəyə aparan yol yenə də Vladimir Putinin qəbul otağından keçir. Amerikalılar Avropa liderlərinin iddialarını tezliklə sındırmağa nail olmasalar, onda onlar yaxın gələcəkdə AB və Rusiya arasında formatın dəyişdirilməsi haqda artıq çoxdan yetişmiş dialoqa başlayacaqlar. Və, bax, o zaman Moskva, Berlin və Parisqarşısında əvvəllər tamamilə ağlasığmaz görünən xeyli imkanlar açılacaq.

Tərcümə Strateq.az-ındır.






Fikirlər