İrəvanın yeni Qarabağ PLANI, 2 gün sonra başlanacaq HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanın yeni Qarabağ PLANI, 2 gün sonra başlanacaq HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Moskvaya səfər edəcək. Ermənistan prezidenti bu gün Azərbaycanın işğal edilmiş bölgəsinə səfər edib. 2018-ci ilin aprelində ABŞ-ın Suriyaya raket zərbələri Çin üçün xəbərdarlıq xarakteri daşıyırdı. Yəmənin hökumət ordusu və Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyasının qoşunları Qırmızı dənizin sahilində yerləşən Xodeyda limanına hücuma başlayıb. ABŞ KXDR tərəfindən nüvə təhlükəsinin daha mövcud olmadığını deyib.

İyunun 13-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

 

İlham Əliyevlə Putin Moskvada görüşdü - FOTOLAR (YENİLƏNDİ)

 

Moskva avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya növbəti səfərinə hazırlaşır. Bu haqda Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə Kremldə görüşündə bildirib.

“Bizim ikitərəfli münasibətlərimizə gəlincə, biz onları sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik”, - Putin deyib.

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal edilmiş bölgəsində səfər edib. Bu haqda “Armenpress” Ermənistan prezident administrasiyasına istinadən bildirib. Səfərin Dağlıq Qarabağ separatçıların başçısı Bako Saakyanın dəvəti ilə reallaşdığı bildirilir.

Sarkisyanın Azərbaycan torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu deyilir.

 

Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ - Badalyan yeni Qarabağ PLANINI AÇDI

 

İrəvanda Türkiyə və Azərbaycanın Türk dünyasını birləşdirmək üçün hərəkətə keçməsindən və Ermənistanın işğal etdiyi tarixi torpaqların azad edilməsi üzərində ciddi planlar qurmasından narahatdırlar.Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan Naxçıvan ətrafında müharibənin yetişdiyini iddia edib.

 

Ankara və Bakı Ermənistanın məhvi üçün Naxçıvanda HƏRƏKƏTƏ KEÇDİ - Sarkisyandan ŞOK İDDİA

 

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı “Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu qondarma rejimin “prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir.Təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.

“Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistanın vəziyyəti çox mərhəmətsizdir. Yeni hakimiyyətin birinci şəxslərinin təminatlarına baxmayaraq, bu, Ermənistan-Rusiya münasibətlərində yeni keyfiyyətə gətirib çıxarmayıb”. Bunu “Birinci informasiya” saytında erməni şərhçi Sarqis Artsruni bildirib.

Onun sözlərinə görə, Ermənistanın nominal müttəfiqləri yalnız ictimai bəyanatlar səviyyəsində deyil, həm də işdə Azərbaycanı dəstəkləyirlər.

“Dünən məlum oldu ki, Belarus Azərbaycana müasir silahları çatdırıb”, - o əlavə edib.

Söhbət Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilməsindən gedir.

 

Putin bir neçə günə… – Azərbaycanın yeni silahları ermənilərin ÜMİDLƏRİNİ DƏFN ETDİ

 

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sədri və ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü Rocer Uiker bir neçə ölkə haqqında qalmaqallı qanun layihəsini Konqresə təqdim edib. Qanun layihəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ukraynada dini azadlıqlara hörmət göstərmədikləri qeyd olunur.

Senator bu ölkələrin “Xüsusi İzlənilən Ölkələrin Siyahısı”na daxil edilməsini və onlara qarşı sanksiyaların tətbiqinı istəyib. Uiker adlçəkilən ölkələrin dini və digər əsas azadlıqlara hörmət göstərilməsi üzrə ATƏT-in öhdəliklərini yerinə yetirmədiyini iddia edib.

Zərurət olduğu halda S-400 raket komplekslərindən istifadə etməyə hazırıq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hürriyət”ə açıqlamasında deyib.

“Biz S-400-ləri anbarda saxlamaq üçün almırıq. Zərurət olduğu halda dərhal istifadə edəcəyik. Bu, müdafiə sistemidir. Əgər istifadə etməyəcəyiksə, bəs onlar nəyə lazımdır?” - deyə dövlət başçısı bildirib.

Prezident xatırladıb ki, Ankara bir neçə il buna bənzər sistemləri Vaşinqtondan istəyib, lakin ABŞ Konqresi onların Türkiyəyə satışına qadağa qoyub.

ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasından sonra rəsmi Tehran Suriya və Yəməndən öz adamlarını çıxarmağa başlayıb. Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” televiziyasına müsahibəsində deyib.

“Məncə, İran dəyişib. Düşünmürəm ki, onlar Aralıq dənizi, Suriya və Yəmənə əvvəlki kimi baxırlar. Onlar Suriya və Yəməndən adamlarını çıxarmağa başlayırlar. Bu, artıq başqa məsələdir. İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil”, - deyə o bildirib.

2018-ci ilin aprelində ABŞ-ın Suriyaya raket zərbələri Çin üçün xəbərdarlıq xarakteri daşıyırdı. Bu haqda ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən ona dedim (Çin Xalq Respublikasının sədri Si Cinpin –red.) ki, görüşdən gedə və ya biz dostluq edə bilərik. O getmədi və hər şeyi anladı”, - Tramp deyib.

“Fox News” dəqiqləşdirib ki, ABŞ prezidenti Suriyaya zərbə ilə kütləvi qırğın silahının tətbiqinə necə reaksiya verəcəyini göstərdi.

Xatırladaq ki, Suriyaya raket zərbələri 2018-ci il aprelin 4-də Floridada Si Cinpinlə Trampın görüşü zamanı endirilmişdi. Xan-Şeyxun şəhərində kimyəvi silahın tətbiqində Dəməşqi ittiham edən ABŞ Suriyada hökumət obyektlərini 58 raketlə vurmuşdu.

Yəmənin hökumət ordusu və Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyasının qoşunları Qırmızı dənizin sahilində yerləşən Xodeyda limanına hücuma başlayıb. Bu haqda hərbi mənbələrə istinadən “Al Arabia” telekanalı bildirib.

 

Genişmiqyaslı HÜCUM BAŞLADI – 250 min insan ölə bilər

 

“Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən nüvə təhlükəsi onun lideri Kim Çen Inla görüşümdən sonra mövcud deyil”. Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp həmçinin bildirib ki, onun sələfi Barak Obamanın prezidentliyi dövründə ABŞ və KXDR arasında mövcud olmuş müharibə təhlükəsinin qarşısını almağı bacarıb.

“Mən prezident vəzifəsinə gələn vaxt qədər insanlar hesab edirdilər ki, biz Şimali Koreya ilə vuruşacağıq. Prezident Obama bildirirdi ki, Şimali Koreya bizim üçün ən böyük və ən təhlükəli problemdir. Bu daha belə deyil, bu axşam sakitcə yata bilərsiniz!” – Tramp tvitter səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub.






Fikirlər