"Atəşlə oynama!" - Üç supergüc QARŞI-QARŞIYA GƏLDİ...

"Atəşlə oynama!" - Üç supergüc QARŞI-QARŞIYA GƏLDİ

ABŞ-ın Rusiyadan "S-400" zenit-raket komplekslərini alan Çinə sanksiyalar tətbiq etməsi Moskva və Pekin tərəfindən sərt qarşılandı.

"AzerTaym.az" publika.az-a istinadən xəbər verir ki, Çin bəyanata "Nəticələrə hazır ol!" şəklində xəbərdarlıqla cavab verib.

"Ya bu qərardan imtina edin, ya da nəticələrinə hazır ol!", - Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskvadan verilən bəyanatda isə ABŞ-ın atəşlə oynaması "axmaqlıq" adlandırılıb.

Xatırladaq ki, ABŞ Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub.

"Biz bu addımı ona görə atdıq ki, Çin 2017-ci ilin dekabrında, artıq CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") qüvvəyə mindikdən sonra "Suxoy" şirkətindən 10 qırıcı və məhz "Su-35" alıb. Onlar həmçinin cari ilin yanvar ayında bir neçə "S-400" sisteminin alışını reallaşdırıblar", - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, sövdələşmələr Çin tərəfi ilə hazırda ABŞ-ın sanksiya siyahısında olan "Rosoboroneksport" arasında aparılıb.






Fikirlər