MİNSKDƏN Paşinyana CAVAB: “KTMT-nin baş katibi vəzifəsi “BRON” otel otağı deyil”
Baş katibin yoxluğu zamanı KTMT-də işlər xeyirə doğru getmir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib. “KTMT artıq uzun müddətdir baş katibsiz çalışır. Situasiya təşkilatın xeyrinə doğru getmir və qısa zaman ərzində həll tələb edir”, – deyə o bildirib. Qlaz KTMT baş katibi vəzifəsinin hər zaman ehtiyatda saxlanılan-“bron” mehmanxana nömrəsi olmadığını deyib. Mətbuat katibi texniki çatışmazlığın KTMT-nin işinə təsir etməməsində bütün üzv dövlərin maraqlı olduğuna Minskin ümid etdiyini bildirib.