Tofiq Yaqublu Müsavat başqanlığına namizəd oldu
Tofiq Yaqublu Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb. Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat yayıb. "Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə Tofiq Yaqublu qeyd edib. Qeyd edək ki, Tofiq Yaqublu ilə yanaşı, hazırki başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olub.