Siyasi xadimlərin “Dadaşlinski xofu” – Onları çəkindirən nədir?
Bir neçə gün əvvəl yayımlanmağa başlayan İctimai Televiziyanın (İTV) “3D” layihəsi səs-küyə səbəb olub. Sözügedən verilişdən gələn təklifi qəbul etməyən deputatların bu hərəkəti də etirazla qarşılanıb. Belə ki, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan “3D” verilişinə qatılmaqdan imtina edib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev də bu verilişdən dəvət aldığını və qəbul etməyini bildirib. “Bir həftə əvvəl İctimai televiziyadan mənə zəng olunaraq, robotun aparıcılıq etdiyi verilişə dəvət etmişdilər. Ancaq mən bu dəvətdən imtina etdim. Hesab edirəm ki, deputat Fəzail Ağamalı da bu verilişə getməməklə çox düzgün edib. Axı mənim robot olan verilişdə nə işim var?! Sən kimsən axı, eybəcər köpəyin… Sən kimsən ki, mən sənin çağırışına gəlim?” – deyə Ə. Abıyev hətta “3D” verilişinin aparıcısı olan “Dadaş Dadaşlinski”ni də təhqir edib. Bəs görəsən, bu şəxsləri həmin verilişdən çəkindirən, yaxud onları qorxudan nədir? Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzlə əlaqə saxladıq. “Yeni Sabah”a danışan tanınmış ekspert İTV-nin bununla bağlı iclas keçirməsini və məsələyə münasibət bildirməsini gözlədiyini deyib:
“İTV-nin yayım şurası iclas keçirib, buna münasibət bildirməlidir. Fikir verirəm ki, bu təhqirlərə qarşı heç bir fikir bildirməyiblər. Bura dövlət büdcəsindən maliyyələşən qurumdur. Nə dəxli var ki, orada nə layihədir, bu, bir ictimai məhsuldur, yoxsa deyirlər ki, bu, robotdur, filandır. Onların bu cür yanaşması doğru deyil. Gəlib suallara cavab verməlidirlər. Əgər o suallarda böhtan, şər olsa idi, onda cavab verməyə bilərdilər”. O. Gündüz siyasi xadimllərin bu verilişdən çəkinməsini belə izah edib: “Orada olan suallar yeksənənq suallar deyil, fərqlidir. Yəqin ki, bu suallardan çəkinirlər. Bu insanlar ictimai insanlardır, onlar açıq, şəffaf olmalıdırlar. Çində artıq günün xəbərlərini robotlar aparır. Başqa ölkələrdə layihələri robotlar icra edir. Burada nə var ki? Hərçənd ki, İTV-dəki robot da deyil, animasiyadır. Bu çox gözəl layihədir. Əziyyət çəksinlər, gəlib suallara cavab versinlər. İTV-nin yayım şurası da bu təhqir edənlərin cavablarını verməlidirlər, bu barədə açıqlama yaymalıdır”. “İTV-nin fəaliyyəti üçün vəsaitin ayrılamsına da elə depuatatlar səs veriblər. Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir. Eyni zamanda deputatlar, dövlət məmurları, ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar. Fikrimcə, hansısa yeknəsək, mənasız və şablon suallar verən canlı aparıcıdansa, elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər. Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir”, - deyə ekspert bilidirib.