Qlamur YAP-çı da deputatlığa namizəd oldu - FOTOLAR
Azərbaycan Ağsaqqallar Şurası sədrinin köməkçisi, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, eyni zamanda iş adamı tanınan Ramin Əhmədov da növbədənkənar parlament seçkilərinə qatılıb. YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini olan R.Əhmədov namizədliyini Yasamal 16 saylı II Seçki Dairəsindən irəli sürüb. Yenicag.az Secki.net-ə istinadən xəbər verir ki, bu barədə R.Əhmədov özünün facebook səhifəsində xəbər verib. Ramin Əhmədov seçkilərdə iştirakı ilə bağlı paylaşdığı açıqlamada qeyd edib ki, namizədliyini müstəqil şəkildə irəli sürüb. Qeyd edək ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonunda çoxlu sayda obyektlərə nəzarət edən administrator kimi hallanır. Dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam edən Ramin Əhmədov qlamur YAP-çı kimi tanınır.
w