"Ay SAXTAKAR..." – Bir-birlərinə sərt sözlər dedilər
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 31 saylı Suraxanı ikinci seçki dairəsinin qalib elan edilmiş təhsil eksperti Etibar Əliyevi "yedək namizəd" adlandırıb. Məlumatlardan aydın olur ki, "yuxarının" ikinci bir siyahısı da mövcud olub:"yedək" namizədlər! Bu siyahıda olanlar ehtiyat variant olaraq seçkiyə qatılıblar. Yəni əsas namizədlə bağlı bir problem yaşanarsa onları "təyin etmək". 31 saylı Suraxanı Seçki Dairəsində Fərəc Quliyevlə problem yaşandı və "yedək namizəd" Etibar Əliyev deputat "təyin olundu". Yəni əsas məsələ o olub ki, xalqın seçdiyi insan olmasın və Milli Məclisdə təmsil edilməsin". Etibar Əliyevin Nəsiman Yaqubluya cavabı gecikməyib və kifayət qədər sərt olub: "Mənə dedilər ki, "professor" Nəsiman Yaqublu da mənim guya saxta yolla seçilməyimdən yazıb. Və bu işdə nazirlərdən birinin adını hallandırıb. Ay saxtakar, qızının təhsil probleminin həlli ilə bağlı icrası mümkün olmayan bir xahihişinin icrasına köməklik göstərəndə niyə mənə saxtakar demirdin? Təəssüflər edirəm ki, Rəsulzadəni sənin kimi savadsız və yedək alimlər cəmiyyətə təqdim etdiyinə görə insanlarımız onun da irsini normal səviyyədə öyrənə bilməyib".
Yenisabah.az xəbər verir ki, onun iddiasına görə, seçkilərdə Etibar Əliyevə hakimiyyətdən dəstək olub. "Saxta seçki siyahısında "yedək" namizədlər kimlər olub?