MSK İsa Qəmbərin şikayətini araşdıracaq
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 19 saylı Nərimanov seçki dairəsindən namizəd İsa Qəmbərin şikayətinə baxılıb. "AzerTaym.az" qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, MSK üzvü bildirib ki, həmin şikayətin araşdırılması üçün vaxtın uzadılmasına ehtiyac var. Səsvermə ilə bu şikayətin araşdırılmasının davam etdirlməsinə qərar verilib. Həmin dairə üzrə lider keçmiş deputat Hikmət Məmmədovdur (Babaoğlu).