Fəzail Ağamalı üçün bəd xəbər: Nəticələr LƏĞV edildi
Demokrat.az-ın xəbərinə görə, bu qərar həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvinin şikayəti əsasında verilib.MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairənin 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində qanun pozuntularının olduğu öz təsdiqini tapıb. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 11 məntəqənin nəticələrinin ləğvi barədə qərar qəbul edilib.