Parlamentdə icra başçıları ilə bağlı şöbə YARADILDI
Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamı ilə parlamentdə yeni şöbə yaradılıb. Bu barədə Oxu.Az-a parlamentdəki mənbə məlumat verib. Yeni şöbə Yerli icra hakimiyyətləri ilə iş şöbəsi adlanır. Rüstəm Mahmudov həmin şöbənin müdiri təyin olunub. Teymur Tağıyev isə müvafiq şöbənin müdir müavini vəzifəsinə təyinat alıb. Bu şöbə yerli icra hakimiyyəti orqanları ilə qanunverici orqan arasında koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılıb. "AzerTaym.az"