“Dilqəm və Şahbazı qaytarmayan ölkə Qarabağı qaytarmayacaq” - Politoloq

 

Azərbaycan Ordusunun ayın 18-dən 22-dək başlayacaq hərbi-taktiki təlimləri regionda geniş miqyaslı təlim olacaq. 10 min şəxsi heyətin, 400 yaxın zirehli texnikanın və artilleriya vasitələrinin dəstəyi ilə keçiriləcək bu təlimlər Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxtda keçirilir. Bu təlimlər, əsasən, ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir və Ermənistana birbaşa xəbərdarlıq xarakteri daşıyır”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, məhz Aprel döyüşləri ərəfəsində ordumuz bu kimi təlimlər keçirib : “Hazırkı hərbi təlimlər müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir. Ermənistan tərəfi faktiki danışıqlardan yayınır. Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı ilə iki dəfə telefon danışıqlarından sonra erməni nazir daha da sərt ritorika sərgiləməyə başlayıb. Görünür, Lavrov bunu ona təşqviq edir. İşğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan konkret olaraq tarazlaşdırılmış həll variatından danışır. Bu həll varinatı, əsasən, Qarabağa müstəqilliyin verilməsidir. Göründüyü kimi, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Hətta erməni tərəfi masada olan həll variantlarını inkar edir. Qeyd edim ki, Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistanın danışıqları pozduğunu vurğulayıb. Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəb olması, Moskvanın regional maraqları, eləcə də Yerevanın danışıqlardan yayınması kursu start götürüb. Ermənistan Araz çayı istiqamətində yeni yol salır, burada əkinçilyi inkişaf etdirir, yeni kəndlər salır. Bu baxımdan danışıqlarda Ermənistana təminat vermək lazım deyil. Onlar atəşkəsin qorunmasından istifadə edib, ərazilərimizdə möhkəmlənirlər. ATƏT-in Minsk qrupuna gəldikdə isə, bu format özünü tükədib və formal xarakter daşıyır. Münaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyaraq işğalçıya güclü zərbələr endirməsindən aslıdır. Atəşkəsdən 26 il keçir və bu müddət ərzində ordumuzu güclənib. Ermənistanda Qarabağa nəzarəti tam əlində saxlayıb. Ermənistana bu imkanı verməmək lazımdır. Ermənistan Dilqəm və Şahbazı qaytarmırsa, heç vaxt danışıqlarla ərazi qaytarmayacaq”.






Fikirlər