AzerTaym.az moderator.az-a istinadən Rusiyanın ictimai-siyasi xadimi, "Sağ qüvvələr ittifaqı" ümumrusiya ictimai-siyasi hərəkatının prezidenti Leonid Qozmanın "Məğlubiyyət - ilk üç günün yeddi nəticəsi" məqaləsini təqdim edir...
1. Plan, görsənir ki, iflasa uğradı. Qələbə xəbərləri yoxdur, "kütləvi surətdə əsir götürülən ukraynalıların" (Volodin) fotoşəkilləri yoxdur, xilaskarları əllərində gül-çiçəklə qarşılayan yerli sakinlər də yoxdur. Rusiya şəhərlərində çoşqu ilə müçahidə edilən izdiham yoxdur, sovet-fin nümunəsitək "xalq hökuməti" də yoxdur.
Bunun əvəzində hərbi çevriliş etməyə çağırış edən Ali Baş Komandanın isterikası var, bizim tədəfdən minlərlə qurbanlar və yüzlərlə əsirlər var, ukraynalılar onları bizə diri də, öldürülənləri isə Qırmızı Xaça təhvil verməyə hazırdır. Və bizim Müdafiə Nazirliyimizin itkilərin, ümumiyyətlə, olmaması haqqında iyrənc yalanı var! Onlar özlərinə görə səmimidir, çünki əsgərlər onlar üçün insan deyil.
2. Yaxın günlər və saatlar nə baş verəcəyini yalnız hərbi mütəxəssislər söyləyə bilərdi, heç bu da ağlabatan görünmür.
Aydındır ki, ruh yüksəkliyi olan və silahlı xalq döyüşmək istəməyən və, ümumiyyətlə, nəyə görə vuruşduğunu anlamayan insanlardan daha səmərəlidir. Hətta Ukrayna müəyyən müddətə zəbt edilsə belə, onu Rusiyanın vassalına çevirmək məqsədinə nail olunmayacaq, o, azad olunanadək işğal edilən ərazi kimi qalacaq.
3. Bizim rəislər, görünür, nə ukraynalıların belə qəhrəmancasına müqavimətini, nə də dünyanın belə yekdil reaksiyasını gözləmirdilər. Bu hal üçün onların planı yox idi, əvəzində qəzəb, bərbad təhsil və heç də yüksək olmayan intellekdən doğan kortəbii hərəkətlər mövcuddur.
4. Gələcək böhranın miqyasını hələlik heç kim ciddiliyə almır. Güman edirəm ki, bu böhran Rusiyanın bütöv bir subyekt kimi yox olmasına gətirib çıxara bilər. Təəssüf ki, bu, zorakılıq və qanla müşahidə ediləcək.
5. Birinci Nikolayın "itirilən hökmranlığı"nın sonu təkrarlanır- o zaman da paradlar, özündən müştəbehlik, qonşulara qarşı nifrət vardı. Və Krım döyüşü bunun məntiqi sonluğu oldu.
6. Əgər ukraynalılar heç olmasa bir- neçə gün də tab gətirsələr, bu, Putin rejiminə ölümcül zərbə olacaq- onu xalqdan çox yuxarılar bu qədər açıq zəiflik və qeyi-adekvatlığı bağışlamayacaq.
7. Neçə ki, Putin hakimiyyətdədir, sülh olmayacaq. Onun istefası Ukrayna ilə müharibənin üçüncü dünya savaşına keçməsinin qarşısını ala biləcək zəruri şərtdir.