Bakıdakı son silahlı insidentlər - Tehrana uzanan ŞÜBHƏ TELLƏRİ...

Koronavirusla mübarizədə çatışmayan cəhətləri diqqətə çatdırmaq vətəndaşlıq borcumuzdur”-RÖVŞƏN RƏSULOV | Analoq.az

 Son günlər Bakıda baş verən olaylar cəmiyyətdə ciddi müzakirə olunur. Həm martın 4-də Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında,  həm də martın 10-da paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən silahlı insidentlə bağlı camaat arasında müxtəlif şübhəli söz-söhbətlər mövcuddur. Camaat arasında gəzən söz-söhbətlərə görə, son günlər Bakıda baş verən silahlı insidentlərdə İran barmağı ola bilər. Camaat şübhələnir ki, İran müxtəlif üsullardan istifadə edib təxribat törətməklə sabitliyi pozmaq istəyir. Camaat arasında bu yöndə söz-söhbətlər var. Əlbəttə, camaatın fikrincə, bu olayların arxasında İranın dayanması ehtimalı var, yoxsa sabit, stabil bir ölkədə, özü də X Beynəlxalq Bakı Forumu günlərində belə olaylar necə yaşana bilər? Bunlar camaatın mülahizələri, onlar arasında gəzən söz-söhbətlər və şübhələrdir. Təbii, hər iki insidentlə bağlı proses gedir və bu hadisələrin arxasında nələr dayandığı istintaq tərəfindən müəyyən ediləcək. Polis öz işini gördü və hadisəni törədənləri aşkarlayıb onları aidiyyatı qurumlara təhvil verdi...Bütün bunlarla yanaşı camaatın şübhəsi İranla bağlıdır, hətta sosial şəbəkə istifadəçiləri arasında da bu ölkəni göstərənlər var ki, insidentlərin qaynağı ora bağlıdır. Şübhəsiz, bunlar subyektiv fikirlərdir və son sözü istintaq deyəcək.

 "Molla rejimi bizə qarşı elə mövqe göstərir ki, sadə vətəndaşlar istər-istəməz bu insidentlərin arxasında İranın dayandığını düşünür"

Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a şərhində bildirdi ki, bu çox həssas məsələdir. Bununla belə, ekspert hesab edir ki, camaatın ehtimallarını, şübhələrini də anlamaq lazımdır, çünki molla rejimi bizə qarşı açıq düşmənçilik aparır, burada onun müəyyən emsarları var, onların əli ilə təxribat törətməsi gözləniləndir.

"Bu kimi məsələdə insanları da qınamaq olmur. Çünki molla rejimi bizə qarşı elə mövqe göstərir ki, sadə vətəndaşlar istər-istəməz bu insidentlərin arxasında İranın dayandığını düşünür. Camaat arasında şübhə var ki, bu insidentlərin quyruğu Tehrana gedib çıxa bilər. Təbii, sabit, sakit, düzənli bir ölkədə bu kimi silahlı insidentlərin baş verməsi təəssüf doğurur. Azərbaycan sabit və təhlükəsiz bir ölkədir və belə bir ölkədə ardıcıllıqla insidentlərin yaşanması  arzuolunmaz bir faktdır. Həm də bu gözlənilməz bir hal idi. Bu baxımdan, insanların, şəhər sakinlərinin, Azərbaycan vətəndaşlarının narahatlığını da başa düşmək olar.

Bütün nəzərlərin Tehran rejiminə tərəf istiqamət almasının da təməlində İranın Azərbaycana qarşı sərgilədiyi düşmən mövqe dayanmaqdadır. Bu mövqenin bilavasitə Azərbaycana qarşı düşmənçilik yönündə qurulması insanların, vətəndaşların bu kimi qənaətlərə gəlməsinə, mülahizələr dilə gətirməsinə səbəb olur. Baxın, bir neçə gün öncə Bakının Xətai rayonunda baş verən silahlı insident dərhal camaat, cəmiyyət tərəfindən terror hadisəsi kimi qiymətləndirildi. Lakin sonradan bəlli oldu ki, bu qarət məqsədilə törədilən insidentdir. Amma  bunun da qarət məqsədilə törədildiyi nəticəsinə  gəlmək hələ  tezdir, çünki istintaq aparılır, istintaqın nəticələrindən sonra bəlli olacaq bu işin kökündə hansı qüvvələr dayanır, səbəb nədir? Eləcə də Bakı Sirkinin önündə baş verən silahlı insident də, təbil ki, araşdırılacaq, istintaq aparılacaq və ictimaiyyətə açıqlama verəcək.

 İstəməzdik ki, bu kimi məsələlər terror aktı kimi adlandırılsın. Sirkin qarşısında baş verənləri mən hardasa şəxsi zəmində baş verən hadisə kimi görürəm.

 Arzuedilən hal deyil ki, bu məsələnin arxasından İran cəsusluğu və s. çıxsın. Lakin biz unutmamalıyıq ki, indiki həssas dövrdə, xüsusən bölgədə gedən proseslər fonununda ölkədə sabitliyi pozmağa çalışan qüvvələr var. Bu danılmazdır və istisna etmək olmaz ki, həmin qüvvələr Azərbaycanın bölgələrində, paytaxt Bakıda qarmaqarışıqlıq yaratmağa cəhd göstərirlər. Bu baxımdan, insanlarımızın İranla bağlı şübhələrinin olması təbii qarşılanmalıdır. Çünki İran dinc dayanmır. Gördüyümüz kimi, əlinə düşən hər imkandan istifadə edib Azərbaycan əleyhinə təxribatlara məşğul olur, ona görə də camaat belə düşünür. Bütün bunlarla yanaşı biz istintaqın  nəticələrini gözləməliyik. Həqiqətən də bu insidentlərdə İranın əli üzə çıxsa bu zaman artıq ona sərt cavab veriləcəyini də gözləmək olar. Ona görə də istintaqın nəticələrini gözləməliyik. Həssas dövrdür, həssas məqamdır. Fürsətdən istifadə edərək mən də vətəndaşlarımıza vətəndaş olaraq tövsiyə edərdim ki, diqqətli olsunlar, şübhəli bilinən istənilən hadisə ilə bağlı müvafiq qurumlara məlumat versinlər" - deyə R.Rəsulov qeyd edib. 

  

 

 






Fikirlər