Ramiz Mehdiyev ağır vəziyyətdə İsrailə aparıldı
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. "AzerTaym.az" gununsesi.info-ya istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, R. Mehdiyevin vəziyyəti daha da ağırlaşıb. Bir sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.