Lalə Şövkət seçkidə iştirak edəcək? - Əvəz Temirxandan AÇIQLAMA...
“Seçkidə iştirak etmək üçün 20 saylı Nəısimi-Səbail Seçki Dairəsi ilə əlaqə saxlamışam. Dedilər, sabah müaraciət edə bilərəm. Əslində MSK işini düz qurmayıb. Qanunvercilik deyir ki, seçki elan olunan gündən namizəd olmaq istəyənlər imza vərəqələri götürə bilər”. Bunu “AzPolitika”-ya açıqlamasında Azərbayacan Liberal Partiyasının keçmiş sədri Əvəz Temirxan deyib. O qeyd edib ki, Milli Birlik Hərəkatının sədri Lalə Şövkət seçkidə iştirak etməyəcək. “Lalə xanım hələ ki, ictimai-siyasi proseslərin analzini aparır, öyrənir. Amma namizədliyini vermək niyyətində deyil” – deyə, o, qeyd edib. Ə.Temirxan L.Şövkətin sağlıq durumunun yaxşı olduğunu, seçkiyə qatılmamasının səbəbini isə bilmədiyini deyib.