PAŞİNYAN: Aksiyaları dayandırırıq ki, yeni qüvvə İLƏ BAŞLAYAQ

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Yerevanda növbəti iki gün üçün etiraz aksiyalarının dayandırıldığını bildirib.

Trend-in məlumatına görə, o, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında deyib.

N.Paşinyan bildirib ki, etirazlar aprelin 29-da yeni qüvvə ilə başlaması üçün dayandırılır:

“Etirazlar Ermənistanın digər şəhərlərində də baş tutmalıdır. Biz bu günlərdə Gümrü və Vanadzorda olacağıq”.






Fikirlər