Ərdoğan referendumun nəticəsini AÇIQLADI
“Konstitusiya dəyişiklikləri üzrə referendumda 52 faizdən yuxarı “bəli” cavabını gözləyirik”. Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D telekanalların ortaq birbaşa efirində deyib. Qeyd edək ki, təklif olunan dəyişikliklər və əlavələr qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Dəyişikliklər və əlavələr ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur. AzerTaym.az