Ərdoğan referendumun nəticəsini AÇIQLADI

Ərdoğan referendumun nəticəsini açıqladı

Konstitusiya dəyişiklikləri üzrə referendumda 52 faizdən yuxarı “bəli” cavabını gözləyirik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D telekanalların ortaq birbaşa efirində deyib.

Qeyd edək ki, təklif olunan dəyişikliklər və əlavələr qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.

Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Dəyişikliklər və əlavələr ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

AzerTaym.az






Fikirlər