Ermənistan üçün qaranlıq GECƏ, 4 əsas TƏLƏB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan üçün qaranlıq GECƏ, 4 əsas TƏLƏB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib. ABŞ-da “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqi təklif edilib. ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raketdən müdafiə sistemləri Rusiya və Çinə qarşı yönəlib. İspaniya Kataloniyanın özünüidarəetmə hüququnu ləğv etməyə qərar verib.

Bu gün Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. İlk olaraq MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir.Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır.

 

Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”

 

Qondarma Donetsk və Luqansk xalq respublikaları Tanınmamış Dövlətlər Birliyinə qoşulmağı planlaşdırırlar. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində ukraynalı hərbi ekspert Dmitri Timçuk paylaşıb.

Onun sözlərinə görə, artıq bu məsələ Donetsk Xalq Respublikasının rəsmi dairələrində müzakirə olunub:

“Bu birlik 2000-ci ildə yaradılıb. İndi buraya Abxaziya, Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya daxildir. 2008-ci ildən bu təşkilatı Rusiya Prezident Administrasiyası kurasiya edir”.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror təşkilatının Suriya qolu hesab olunur –red.) terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib. Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda keçirilən toplantılarda Türkiyə ilə sərhədin bütün hissələrində hərbi güclərin möhkəmləndirilməsi barədə qərar qəbul edilib.

İdlibə daxil olan “Mehmetcik”in əsl hədəfinin Afrin və PKK olduğu vurğulanan toplantılarda terror təşkilatının rəhbərliyi döyüşçülərinə “Savaşa hazır olun!” təlimatı verib.

 

“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ

 

İdlibin 7 kəndi türk ordusunun nəzarətinə keçib. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyat nəticəsində 20 kilometrlik ərazi və 7 kənd nəzarətə götürülüb. Təmzilənən ərazilərdə 30-dan çox post yaradılıb.

Məlumata görə, təxribat hücumları olsa da, əməliyyat plana uyğun davam edir.

Mənbələr növbəti hədəfin İzzət təpəsi olduğunu deyirlər.

ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib.Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.

“Rusiya “Hizbllah” təşkilatına müasir silahlarla dəstək verərək onun nüfuzunu və gücünü artırır. Nəticədə, İsrail kimi müttəfiqlərimizə və regionun bütün günahsız vətəndaşlarına zərər verir”, - Boyl qeyd edib.

Sənəddə Rusiyaya qarşı məhz hansı məhdudiyyətlərin təklif edildiyi göstərilməyib.

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır.

“Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini sitat gətirib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Bu məhdudiyyətlərə əsasən, San-Fransiskodakı Rusiya Baş konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanıb.

Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub. Bu haqda “Vaşinqton Post” nəşri yazıb.

 

ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA

 

Son zamanlar Rusiya elitasında baş nazir Dmitri Medvedevin dəyişdiriləcəyinə dair müzakirələr artıb. Medvedevin mümkün varisləri ilə bağlı bir sıra versiyalar irəli sürülür. Son olaraq “Blomberg” agentliyi mənbələrə istinadən növbəti versiyanı səsləndirib.

Mənbələr üç nəfərin adını çəkib. “Blomberg” hesab edir ki, yeni baş nazir həmçinin Putinin varisi ola bilər.

 

Onlardan biri Putini 2024-cü ildə əvəz edəcək - SİYAHI

 

ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raketdən müdafiə sistemləri Rusiya və Çinə qarşı yönəlib. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Borisenko söyləyib. Onun sözlərinə görə, Vaşinqton formal olaraq bu sistemləri Şimali Koreya bəhanəsi ilə genişləndirir:

“Məsələ ondadır ki, bu sistemlər Şimali Koreyaya mane olmaq imkanına malik deyil. Koreya yarımadasında sərhəd elə bir nöqtədədir ki, Seul uzunmənzilli artilleriyanın radiusunda yerləşir. THAAD heç bir artilleriya mərmisini ələ keçirmək imkanında deyil”.

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu xalqın dörd əsas tələbini yerinə yetirməyə çağırıb.

Saakaşvili bu haqda “Ukraynskaya Pravda” internet nəşrinin saytında dərc etdiyi məqaləsində bildirib. Onun sözlərinə görə, bu tələblərə korrupsiya ilə mübarizə, biznesin satışı haqqında vədin icrası, yeni seçki qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin tariflərinin azaldılması daxildir. Keçmiş qubernatorun fikrincə, Ukrayna ictimai-iqtisadi uçurum həddindədir. O hesab edir ki, əgər hakimiyyət öz siyasətini dəyişdirməsə, Ukraynanı idarəolunmaz sosial partlayış gözləyir.

Saakaşvilinin sözlərinə görə, sözügedən tələblərin yerinə yetirilməsi ölkədə vəziyyəti düzəltməyə kömək edə bilər.

Kiyev Krımın statusu üzrə yeni referendum keçirməyə hazırdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib.

 

Poroşenkodan Krımla bağlı YENİ TƏKLİF: “Krımın statusu...”

 

İspaniya Kataloniyanın özünüidarəetmə hüququnu ləğv etməyə qərar verib.Bu barədə İspaniya Baş naziri Mariano Raxoy danışıb.

“İspaniyada Kataloniyanın özünüidarəetmə hüququnun ləğv edilməsini nəzərdə tutan konstitusiya maddəsi qüvvəyə minir”, - baş nazir deyib.

Qeyd edək ki, dünən Kataloniya Baş naziri Karlos Puçdemon, onun müavini Oriol Junkeras, eləcə də Kataloniya parlamentinin spikeri Karme Forkadel müstəqillik bəyannaməsinə imza atıblar.






Fikirlər