Türkiyəyə qarşı GİZLİ YAXTA TOPLANTISI: ABŞ-ın dəstəklədiyi 5 ölkənin ŞOK PLANI ÜZƏ ÇIXDI

Türkiyəyə qarşı GİZLİ YAXTA TOPLANTISI: ABŞ-ın dəstəklədiyi 5 ölkənin ŞOK PLANI ÜZƏ ÇIXDI

Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Gorc Naderin 2015-ci ilə bəzi ərəb liderləri ilə Türkiyə əleyhinə gizli toplantı keçirdiyi ortaya çıxıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Qırmızı dənizdə bir yaxtada baş tutan gizli toplantıda biznesmen ərəb liderlərə bölgədə yeni bir güc mərkəzi yaratmaq təklifini edib. Bir neçə müsəlman ölkəsinin birləşəcəyi yeni güc mərkəzinin ABŞ-ın iradəsi ilə hərəkət edəcəyi və Türkiyə ilə İrana qarşı olacağı planlaşdırılırmış.

Toplantıda Səudiyyə Ərəbistanının vəliəhd şahzadə müavini Məhəmməd bin Salman, Abu Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan, Misirin prezidenti Əbdul-Fəttah Sisi, Bəhreyn vəliəhd şahzadəsi Salman bin Həmid əl-Xəlifə və İordaniya kralı 2-ci Abdullah iştirak edib.

Liderlərin razılaşacağı təqdirdə Vaşinqton da bu birliyə dəstək olacaqmış. Amma daha sonra biznesmenə qarşı cinayət işi açıldığı üçün bu məkrli plan yarımçıq qalıb.

Qeyd edək ki, ABŞ-da lobbi fəaliyyəti ilə məşğul olan biznesmen George Naderin haqqında “uşaq pornaqrafiyası” ilə bağlı cinayət işi açılıb.






Fikirlər