Azərbaycanlı terrorçuların ailələri DEPORTASİYA EDİLƏCƏK

Azərbaycanlı terrorçuların ailələri deportasiya ediləcək

Mosulun İŞİD-dən azad edilməsindən sonra ələ keçirilən terrorçuların həyat yoldaşları və uşaqları ölkədən deportasiya ediləcəklər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ninova Vilayət Şurasının rəhbərinin müavini Nurəddin Kablan məlumat verib.

Onun sözlərinə görə, qadınlar və uşaqlar deportasiya edilmək üçün Bağdada aparılıblar:

“Mosul azad edilərkən 509-u qadın, 813-ü uşaq olmaqla, ümumilikdə 1322 nəfər saxlanılmışdı. Bundan öncə bir qrup deportasiya edilmişdi. Bu, ikinci qrup olacaq”.

N.Kablanın sözlərinə görə, terrorçuların ailələri arasında Türkiyə, Azərbaycan, Rusiya və Tacikistandan olmaqla 13 ölkənin vətəndaşı var.

 






Fikirlər