Putin və Ərdoğan ABŞ-a müharibə elan etdi
Türkiyə və Rusiya ikitərəfli ticarət əlaqələrini lirə və rublla həyata keçirəcək. Publika.az xəbər verir ki, Ankara və Moskva ABŞ-a qarşı “iqtisadi müharibə” elan edib. Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci deyib ki, Rusiya və Türkiyə arasında rubl və lirədən istifadə olunması ilə bağlı hər iki ölkənin mərkəzi bankları arasında texniki müzakirələr aparılır. “İlkin hədəf Türkiyəyə gələn Rusiya vətəndaşları ödənişləri rubl ilə, Rusiyaya gedən Türkiyə vətəndaşları isə lirə ilə etmələridir”, - deyə o bildirib.