Jurnalist kadrlarının mədəniyyət evlərində yetişdirilməsi mümkündürmü?

Arif Əliyev: “Bu, akademik təhsil deyil, amma...”

Bu gün jurnalist kadrlarının hazılanması ilə yalnız ali təhsil müəssisləri deyil, müxtəlif dərnəklər, mədəniyyət evləri də məşğul olur ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.

Maraqlıdır, adətən universitetlərdə hazırlanan jurnalist kadrlarının həm də mədəniyyət evlərində, dərnəklərdə yetişdirilməsi mümkündürmü? Bəzi dərnk və mədəniyyət evlərinin “jurnalist yetişdirməsi” nə dərəcədə sevindiricidir?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu dərnək və mədəniyyət evlərinin sadəcə müəyyən ixtisaslar üzrə təkmilləşdirmə baxımından əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Bunu kadr yetişdirmək kimi dəyərləndirmək çətindir. Buna hansısa sahə üzrə ixtisaslaşdırma kimi qiymət vermək daha düzgün olar. Yəni həmin dərnək və mədəniyyət evləri bu istiqamətdə fəaliyyət göstərsələr müəyyən müvəffəqiyyət əldə edə bilərlər. Lakin təbii ki, bu, akademik təhsil deyil. Bu, müəyyən istiqamət üzrə təkmilləşdirmə ola bilər və yalnız bu baxımdan əhəmiyyət kəsb edir”.

 






Fikirlər