Vanqadan Obamadan sonrakı ABŞ haqqında Şok proqnoz

Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib. 

Kor kahinin gələcəklə bağlı verdiyi proqnozlar arasında ABŞ hakimiyyəti, "Ağ ev" barəsində ilginc məlumatlar verilib. 
Moderator.az dünya siyasi gündəmini nəzərə alaraq Vanqanın Obamadan sonrakı Amerikanın taleyi barəsindəki proqnozlarını təqdim edir. Orada təbii ki, 1996-cı ildə dünyasını dəyişən Kor Vanqa hansısa şəxsin adını çəkmir, sadəcə, qara insanın hakimiyyətindən sonrakı mərhələni təsvir edir:
"Amerikanın 44-cü rəhbəri zənci olacaq. Zənci liderdən sonra ölkə böyük iqtisadi böhranla üzləşəcək. Dünyaya sülh yox, fəlakət gələcək". 
Qeyd edək ki, ABŞ-ın 44-cü lideri zənci Barak Obama olub. Bu gün seçilən Tramp isə ABŞ tarixinin 45-ci prezidentidir. 
Əlavə edək ki, Moderator.az saytının təqdim etdiyi Vanqa proqnozları dünyanın bir neçə əksər mənbələrində  öz əksini tapıb.

 






Fikirlər