Vətənə, Dövlətə və Xalqa bağlılığın Ramil Usubov nümunəsi!

Похожее изображение

Hər şey uzaq, uzaq olduğu qədər də yaxın və doğma bir tarixdən başladı - 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində həm də Daxili İşlər Nazirliyi yaradıldı.

1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında dayandı..

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazandı, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayandı, təşkilati cəhətdən möhkəmləndi.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxdı və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.   

Əminliklə demək olar ki, müstəqil Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmlənməsində bu nazirliyin, onun peşəkar və cəsarətli, təcrübəli və qəhrəman əməkdaşlarının rolu misilsizdir.

Bu da birmənalıdır ki, xüsusilə 1994-cü ilin 29 aprelində - cənab Ramil Usubov daxili işlər naziri təyin edildikdən sonra Azərbaycan polisinin tarixində yeni səhifə açıldı. Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi üzərinə kifayət qədər çətin, amma çətin olduğu qədər də şərəfli vəzifə düşən Daxili İşlər Nazirliyinin yaşadığımız dövrün tələblərinə uyğun bir qurum kimi formalaşması bilavasitə Ramil müəllimin adı ilə əlaqəlidir.

O da bir faktdır ki, hörmətli general-polkovnikin 68 illik şərəfli həyatının nə az, nə çox, düz 46 ili məhz bu orqanla sıx, ülvi surətdə bağlıdır.

Belə ki, Ramil müəllim 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir.

Öncə cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.Картинки по запросу ramil usubov nazie təyin olundu

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin edilən Ramil müəllim, 1989-cu ilədək həmin vəzifədə işləmişdir.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrini titan cənab Usubov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin olunub. Bundan bir qədər sonra isə Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilib.

Göründüyü kimi, o, bu məsul vəzifəyə məhz öz bilik və bacarıqları sayəsində yüksəlmişdir.

Ramil Usubovun fəaliyyətini xarakterizə edərkən, onun dövlətimizə və dövlətçiliyimizə ən möhkəm tellərlə bağlılığını xüsysi vurğulamaq olmur. Hörmətli general-polkovnik Ulu Öndər Heydər Əliyevin siyasi kursuna bütün qəlbi ilə bağlı olduğu kimi, onun layiqli davamçısı, hazırda da möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü düşünülmüş, məqsədyönlü siyasətinə sədaqəti ilə də çoxlarına örnəkdir.

Bu gün yaxın və uzaq xaricə diqqət etdikdə, bir nizamsızlıq, xaos, başıpozuqluq görürük. Sevindirici haldır ki, belə ölkələrlə müqayisədə Azərbaycan sözün həqiqi mənasında “sabitlik adası” təsiri bağışlayır, ictimai asayiş ən yüksək səviyyədə qorunur, xalqımız özünün daim güvəndə hiss edir. Belə bir ürəkaçan mənzərənin ortaya çıxmasında Azərbaycanın daxili işlər orqanının rolunu ayrıca vurğulamaq yəqin ki, artıqdır.

Çünki hər kəsə məlumdur ki, məhz Ramil Usubov kimi təcrübəli, peşəkar bir nazirin rəhbərliyi altında şanlı Azərbaycan polisi dövlətimizin, vətənimizin və xalqımızın təhlükəsizliyinin, sabitliyinin mühüm qarantıdır.

Ölkəmizdəki sabitliyə təhdid təşkil edən daxili və xarici ünsürlərin zərərsizləşdirilməsində tarixi rol oynayan daxili işlər orqanımızın daha mühüm bir funksiyası ölkədə hər növ cinayətkarlıqla mübarizəni son illərdə ən yüksək səviyyədə aparmağa nail olmasıdır. Təsadüfi deyil ki, hələ 3 il öncə, Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışında Prezidentimiz qeyd etmişdir ki, “Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir”.

Bu gün heç kim şübhə etmir ki, məhz Azərbaycan polisinin şücaəti, professionallığı sayəsində xalqımızın həyatına hər hansı təhlükəli meyllərin müdaxiləsi mümkünsüzdür. Məhz şanlı polisimizin ayıq-sayıqlığı, daxili işlər orqanımızın başında isə Ramil Usubov kimi zəngin həyat və iş təcrübəsinə malik bir nazirin dayanması istənilən belə bir meyli vaxtında zərərsizləşdirməyə qadirdir.

Bəlkə də xatırlatmaq artıqdır ki, Ramil müəllim Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bundan başqa, o, Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə Azərbaycanın və xarici ölkələrin çoxlu sayda yüksək mükafatlarına layiq görülüb.

Bütün bunlar isə onun bundan sonra da uzun illər dövlətimizə və dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi siyasi kursa sədaqətli xidmət edəcəyinin, Vətənimizin sabitlik içərisində yeni zəfərlərə yürüməsi üçün yenə də əzmlə, yüksək intellekt və bacarıqla, yorulmadan çalışacağının təminatıdır.

Qarşıdan gələn Yeni İliniz mübarək, cənab Nazir!

Qoy 2017-ci ildə də Sizin və bütövlükdə şanlı polisimizin səsi ucalardan eşidilsin, zirvələrdən duyulsun!

Azər Abdul.






Fikirlər