Twitter istifadəçiləri Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində himayəçiliyi barədə qanunun ləğv edilməsinə dair kampaniyanı dəstəkləyiblər.
Bu barədə RİA Novosti nəşri Sputnik Arabic agentliyinə istinadən xəbər verir.
Şəbəkə istifadəçiləri ingilsi dilində “#IamMyOwnGuardian” (“Mən özüm özümə qəyyumam”) və ərəb dilində “Səudiyyə qadınları 192 nömrəli qanunun ləğv olunmasını tələb edirlər” heşteqlərini paylaşırlar.
Qeyd edək ki, hazırki qanunlara əsasən, Səudiyyə Ərəbistanında kişilərin qadınlar üzərində “qəyyumluq” rolu var. Kişinin icazəsi olmadan, qadına avtomobil sürmək, ev kirayələmək, xaricə çıxmaq və məhkəməyə müracitə etmək qadağandır.
Beş il əvvəl ölkədə bu qanunun ləğv edilməsinə dair kampaniya başlanılıb. Ötən ilin sonunda 21 yaşdan yuxarı olan qadınların “sərbəst şəxsiyyət” qismində tanınması ilə bağlı petisiya 14 mindən çox imza toplamışdır. Lakin krallıq hakimiyyəti bu təşəbbüsü rədd etmişdir.
“Belə alınır ki, qadın olmaq üzü özlüyündə bir günahdır”, - Amna adlı kampaniya iştirakçısı etiraz edir.
Bəzi fəallar qanunun mövcüdluğu üçün səbəbi istehza edirlər. Maha Abdulla Səudiyyə qanunlarından belə bir nümunə gətirib:
“Qadın həyat təcrübəsinin az olması səbəindən kişinin tabeçiliyindədir”.
“Qızlar, mübahisə etməyin, cavab budur”, - o ironiya ilə yazır.