MKİ sənədlərində şok faktlar — PKK və ASALA ittifaqı
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi 3 milyon sənədi internet istifadəçiləri üçün açıq edib "Ölkə.Az" xəbər verir ki, yayımlanan sənədlərdə 1980-ci illərdə PKK və ASALA-nın ittifaq qurduqları üzə çıxıb. Hər iki qruplaşma müştərək terror hücumları həyata keçiriblər. Eyni zamanda, erməni terrorçuların da yer aldığı quruluşlar PKK-nı qurub.
Sənədlərdə PKK və ASALA terrorçularının adları bir çox yerdə birlikdə çəkilir. İki qruplaşma arasındakı münasibətlər hələ 1980-ci illərdən MKİ-nin kəşfiyyat sənədlərinə və terrorizm haqqındakı hesabatlarında yer alıb. Sənədlərdən biri 1984-cü ilin yanvar ayına aiddir və “Erməni gizli ordusu” başlığı altındadır. Hesabatda ASALA terror qruplaşması haqqında MKİ-nin verdiyi təfsilatlı məlumat və qruplaşmanın strukturuna aid incələmələr yer alıb. Hesabatın “Qruplaşmanın dəyişən taktikaları və təşkilatlanması” başlıqlı bölümündə iki terror qrupu arasındakı əlaqəni biruzə verən ifadələr var. Bu bölümə əsasən, ASALA terror qruplaşması PKK ilə ittifaq qurub və 1980-ci ilin noyabr ayında PKK ilə birlikdə Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Türkiyə konsulluğuna hücum təşkil edib.Başqa bir sənəddə də PKK terror qruplaşmasının Türkiyədəki ideoloji və silahlı strukturundan bəhs edilir.1985-ci ilin 26 avqust tarixinə aid sənəddə PKK və erməni terrorçuların münasibətləri haqqında məlumat var. Məlumata əsasən, 1984-cü ilin yay aylarında PKK öz silahlılarından, digər kürd və solçu qruplardan və bəzi erməni terrorçulardan təşkil edilən “HRK” adlı bir dəstə düzəldib.Eyni sənəddə PKK-nın struktur və aksiya təşkil etmə məsələsində erməni terror qruplaşmalarını özünə nümunə kimi seçib və bu formada şiddətli "psixoloji təsir” yaratmaq üçün istifadə etdiyi bildirilib. Hikmət
Ölkə.Az