Araz Ağalarovun bataqlıq üzərindəki biznes İMPERİYASI
Məşhur iş adamı “mənim üçün biznesdə avtoritet yoxdur” deyir “Böhran hər il daha da kəskinləşir. Sənaye istehsalı, ticarət dövriyyəsi getdikcə azalmaqdadır”. Bunu “Crocus Group”un sahibi, milyarder Araz Ağalarov “Forbes” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiyada uçot dərəcəsinin yüksək olması biznesin genişləndirilməsinə neqativ təsir edir. Milyarderin fikrincə, uçot dərəcəsini hər rüb 0,25% azaltmaq mümkündür. “Təbii ki, əgər möhtəkirlər dəcəllik edərsə, proses dayandırılmalıdır. Başqa sözlə, bir eksperiment keçirərək optimal variant tapmaq olar. Bu variant rublun məzənnəsinə də, biznesə də mənfi təsir etməməlidir”, - deyə o bildirib. Müxbirin “Tikinti sektorunda durğunluq olduğu bir vaxtda siz üçüncü ”Vegas" ticarət mərkəzini tikməkdə israrlısınız" sualına iş adamı bu cür cavab verib: “Biz istisnayıq. Çünki biz pulu saymağı bacarırıq. ”Sberbank"ın apardığı tədqiqat nəticəsində məlum olub ki, tikintidə ən aşağı maya dəyəri “Crocus Group”dadır. 300 000 kvadratmetr ərazisi olan “Vegas” bizə 300 mln. dollara başa gəldi. Başqa sözlə, 1 kvadratmetrin maya dəyəri 1000 dollar təşkil edir. Bu isə bizim qənaət etməyi bacardığımızı göstərir. Bu səbəbdən “Sberbank” hətta dördüncü “Vegas”ı da kreditləşdirməyə hazırdır". A.Ağalarov onu da qeyd edib ki, hazırda onun kredit borcu 1,7 mlrd. dollar təşkil edir. “Biz il ərzində kreditlər üzrə 8 mlrd. rubl ödəyirik. Əvvəllər 4 mlrd. rubl ödəyirdik və özümüzü normal hiss edirdik. O zaman kredit borcumuz 50 mlrd. rubl idi. Lakin rubl zəiflədi və borcumuz 100 mlrd. rubl oldu. Mən hətta xarici valyutada ipoteka krediti olanların mitinqinə qoşulmaq istədim, lakin sonra fikrimdən daşındım, anladım ki, mən başqa çəki kateqoriyasındayam (gülür - red.), məni anlamazlar. İndi kredit götürmək niyyətimiz yoxdur. Böyük ehtimalla, dördüncü ”Vegas"ı öz vəsaitimiz hesabına tikəcəyik", - deyə milyarder bildirib. Mübahisə “Crocus Group” şirkətinin federal hökumətin sifarişi əsasında Asiya-Sakit okean İqtisadi Tərəfdaşlıq (APEC) sammiti üçün tikdiyi və Vladivostokda yerləşən Uzaq Şərq Federal Universitetinin obyektlərinin - sahilyanı, gəmilərin lövbər salması üçün ərazilər, süni göl, şəlalə, ümumi sahəsi 5 min kvadratmetrdən çox olan idman-sağlamlıq kompleksinin (D korpusu) dəyərinin müəyyənləşdirilməsindəki fikir ayrılığından irəli gəlib. İddiaçı - layihənin baş podratçısı sifarişçinin ona çatacaq məbləği tam ödəmədiyini bildirib. Ağalarovun varidatı isə hər zaman üçün müzakirə mövzusu olub. Uzun illər Rusiyada güclü və uğurlu biznesi ilə ad qazanan Araz Ağalarov nələrə sahibdir? 1995-ci ildə onun sərgiləri Las-Veqasda Comdex və Hannoverdə keçirilən Cebit sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazandı. Araz Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq “Krokus Siti” layihəsini həyata keçirməyə başladı.
1991-ci ildə Araz Ağalarov Stoleşnikov döngəsi ilə Petrovkanın kəsişdiyi yerdə ilk eksklüziv ayaqqabı mağazası açdı. Bu, o vaxtlar çox məşhur mağaza idi. 1995-ci ildə Araz Ağalarov yaşayış evi tikmək fikrinə düşdü və Moskvanın ən bahalı və elit evi sayılan “Ağalarov evi”nin tikintisini başa çatdırdı. Onun 1997-ci ildə Moskva dairəvi avtomobil yolu (MKAD) ilə Kaşirsk şosesinin kəsişdiyi yerdə tikdirdiyi ilk hipermarketin də dünyada tayı-bərabəri yox idi. Çünki orada eyni vaxtda 400 min adda mallar satılır.
Diqqətçəkən cəhətlərdən biri də odur ki, A.Ağalarov “Krokus siti”yə daxil olan ilk obyektlərini ya keçmiş çirkab çalaları olan yerdə, ya da bataqlıqda tikdirib. “Sənin evin” ticarət mərkəzini tikən zaman ilk traktor əraziyə girərkən bataqlıqda batmışdı. Sonradan onu qaldırıcı kranla çəkib çıxardılar. Bu bataqlıqları qurutmaq üçün orada drenaj quruldu, əraziyə çoxlu çınqıl və qum töküldü.
A.Ağalarov eyni zamanda Ümumrusiya Azərbaycan Konqresinin də rəhbərliyində təmsil olunub. Məşhur biznesmenin ticarətlə bağlı maraqlı bir sitatı var: “Mənim üçün biznesdə avtoritet yoxdur. Ümumiyyətlə, mən uğur qazanmış insanlara daha sadə yanışıram. Əgər kiminsə haqqında ”O, bunu edib, buna nail olub, belə edib və s." tipli sözlər deyirlərsə, mən deyirəm ki, nə olsun, mən onun yerində olsaydım, daha çoxuna nail olmuşdum. Bəlkə də bu məsələdə mən yanılıram, amma belə düşünməyi tərgitmək fikrində deyiləm".
Ağalarovun biznesindəki problemlərin ilk siqnalları isə ötən ildən başlanıb. 2016-cı ilin avqustunda Rusiyada “Kron” MMC Moskva vilayəti Arbitraj Məhkəməsinə biznesmen Araz Ağalarovun başçısı olduğu “Crocus Group”a daxil olan “Crocus International” SC-nin müflis olmasının tanınması barədə ərizə ilə müraciət etmişdi. Amma həmin vaxt Ağalarovun müflisləşməsi ilə bağlı iddianın baxılacağı tarix müəyyən edilməyib.