KÜRDƏXANI TƏCRİDXANASINDA SƏFƏRBƏRLİK! Harın NƏVƏyə LÜKS ŞƏRAİT yaradılır!
Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda KİV-ə ətraflı açıqlama verib. Aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı avtomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib, o, Ədliyyə Nazirliyinin Kürdəxanı İstintaq Təcridxanasına aparılıb. “Kürdəxanı Təcridxanasının rəhbərliyi 2 gündür səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur” Belə bir məktubla “Təzadlar”a müraciət edən, adının çəkilməsini istəməyən təcridxana əməkdaşı şok faktları açıqlayıb: “…Əvvəla onu deyim ki, vicdanımın səsi ilə susa bilmədim. Bilirsiniz ki, “Kürdəxanı İstintaq Təcridxanası” kimi tanınan 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən düz 1 il əvvəl, 2016-cı il avqustun 1-də azad olundu. Onun yerinə isə əvvəl rəis müavini olan Rəşid Səfərov təyin olundu. Düz 1 ildir ki, hamı əvvəlki rəislərin atasına rəhmət oxuyur”. Məktubda daha sonra deyilir: “Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun nəvəsi, “avtoşluq” edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası və babası, dostları ilə danışır. Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir… Sağ olsun təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb. Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı “avtoş” birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar. O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim ki, bunları ədliyyə naziri Fikrət Məmmədov da bilsin, Rəşid Səfərov komandasına da tapşırıb ki, nazir F.Məmmədov Əli Həsənovun xahişini nəzərə alaraq belə tapşırıb, Nail baladan muğayat olun, xətrinə dəyməyin… Təsəvvür edirsinizmi, Prezident İlham Əliyev belə məmur balalarını və önların övladlarını-nəvələrini bağışlamır, bunlar isə Prezidentdən xəbərsiz əks-fəaliyyətlə məşğuldurlar. Cənab Prezident mətbuatı oxuyur, inanıram ki, bu xəbəri oxuyub belə bir ayrı-seçkiliyi bağışlamayacaq.”
Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və ağır qəzanı törədib. Hansı ki, qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər Türkiyə vətəndaşı isə ağır yaralanıb.